Sizin Avtoparkınız. Sizin Qaydalarınız.

Sürücü balansları, komissiyalar və sifarişlər Bolt-dan avtomatik gəlir. Sürücüləriniz isə balansını öz telefonundan görür və nağdlaşdırır.

Sürücülər
42 sürücü · Bolt ilə sinxrondur
Sürücü balansları
3 748,20
Komissiya (bu ay)
1 084,60
Nağd pul
12 517,40
Aktiv sürücü
31
Sürücü
Balans
Status
E
E. Məhərrəmov
+124,40
Sifarişdə
R
R. Quliyev
−38,90
Boşdur
N
N. Hüseynov
+512,05
Sifarişdə
S
S. Əliyev
−7,15
Offline
5 dəq
Bolt sinxronizasiyası
0,1–3%
Tənzimlənən gediş komissiyası
2 dil
Sürücü tətbiqində AZ / RU
∞
Alt-avtopark sayı
Avtoparklar üçün

Kağız və Excel-i unudun

Hər sürücünün nə qazandığını, nə qədər nağd topladığını və sizə nə borclu olduğunu əl ilə hesablamağa ehtiyac yoxdur.

Avtomatik Bolt sinxronizasiyası

Sifarişlər, sürücülər, avtomobil nömrələri və status — hamısı Bolt-dan özü gəlir. Heç nə əl ilə köçürülmür.

Dəqiq balans hesablaması

Xalis qazanc, sürücüdə qalan nağd pul, endirimlər və komissiyalar — Bolt-un öz rəqəmləri ilə qəpik-qəpik uyğun.

Komissiya gəlirləriniz

Hər gedişdən, hər balans artırmadan və nağdlaşdırmadan qazandığınız komissiya ayrıca səhifədə, dövr seçimi ilə.

Alt-avtoparklar

Bir neçə maşını olan sahibkarlara öz girişini verin. Onlar yalnız öz sürücülərini görür, öz komissiyasını təyin edir.

Nağd sifarişlərə avtomatik nəzarət

Minimum balans həddi təyin edin. Sürücünün balansı o həddən aşağı düşən kimi sistem onun nağd sifarişlərini özü bağlayır və yalnız kartlı sifarişlər qalır — heç kimi əl ilə izləmək lazım deyil.

Şəffaf komissiya

Hər gedişdə kimin nə aldığı görünür

Bolt-un payı, sizin payınız və alt-avtoparkın payı hər sifariş üçün ayrıca saxlanılır. Komissiya faizini sonradan dəyişsəniz, keçmiş gedişlər olduğu kimi qalır.

  • Sifariş başına yazılır, sonradan dəyişmir
  • Avtopark və alt-avtopark faizi ayrı-ayrı
  • Gediş marşrutu xəritədə görünür
Sifariş #4187
1 avq 2026, 15:42 · Nağd
Tamamlandı
Gediş qiyməti 20,29
Bolt komissiyası −4,42
Avtopark komissiyası (1%) −0,20
Alt-avtopark (0,5%) −0,10
Sürücüyə qalan 15,57
Sürücü Bolt Avtopark Alt-avtopark
Sürücülər üçün

Sürücü hər şeyi telefonundan görür

Balansı soruşmaq üçün zəng etməyə ehtiyac qalmır. Sürücü özü baxır, özü nağdlaşdırır.

9:41
Balans
E
Elvin M.
10AB123
Bolt Balans
124,40
318 sifariş hesablanıb
Təfərrüat
Xalis qazanc 1 240,80
Toplanan nağd pul −1 116,40
Çıxarışlar −0,00
Balans
Tarixçə
Ödənişlər

Balans anlıq görünür

Nə qazandığı, əlində nə qədər nağd pul olduğu və avtoparka nə borclu olduğu — hamısı bir kartda.

Sifariş tarixçəsi

Hər gedişin qiyməti, ödəniş üsulu və marşrutu. Tarixə görə süzgəc ilə istənilən dövrü seçmək olar.

Balans artırma və nağdlaşdırma

Müsbət balansı limitə uyğun nağdlaşdırın, mənfi balansı isə tətbiqdən artırın.

Azərbaycan və rus dili

Tətbiq Azərbaycan dilində açılır, bir toxunuşla rus dilinə keçir.

Giriş SMS kodu ilə — parol yadda saxlamağa ehtiyac yoxdur.

Üç addımda başlayın

Qurulum bir gün çəkmir. Mövcud Bolt avtoparkınızın üzərinə qurulur.

01

Avtoparkı qoşun

Bolt hesabınızı bir dəfə qoşursunuz — sürücülər və sifarişlər özü yüklənir.

02

Qaydaları təyin edin

Komissiya faizi, nağdlaşdırma limitləri və avtomatik nağd bağlama həddi.

03

Sürücüləri dəvət edin

Sürücü nömrəsi ilə tətbiqə girir və balansını dərhal görür.

Tez-tez verilən suallar

Bolt hesabımı dəyişməli olacağam?

Xeyr. myFleet mövcud Bolt avtoparkınızın üzərində işləyir və məlumatları oradan oxuyur.

Sürücü istədiyi vaxt balansını artıra və ya nağdlaşdıra bilərmi?

Bəli, tətbiqdən ani şəkildə — balansı müsbət olduqda nağdlaşdırır, mənfi olduqda artırır. Məbləğ sizin təyin etdiyiniz çərçivədə qalır: minimum nağdlaşdırma, bir əməliyyat üzrə maksimum və günlük/aylıq hədd. Əməliyyat dərhal balansda əks olunur.

Alt-avtopark sahibi mənim bütün sürücülərimi görür?

Xeyr. Alt-avtopark yalnız ona təyin edilmiş sürücüləri və avtomobilləri görür, başqa heç nəyi.

Nağd pul limitini necə idarə edirəm?

Balans müəyyən həddən aşağı düşəndə sistem sürücünün nağd ödənişini avtomatik bağlaya bilər. Həddi özünüz təyin edirsiniz.